Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, “AGF Trophy” başa çatıb.
Bizim.Media xəbər verir ki, Milli Gimnastika Arenasında iki gün davam edən turnirdə 6 ölkədən 66 gimnast medallar uğrunda mübarizə aparıb.
Azərbaycan yarışı 6 mükafatla başa vurub.
Batut gimnastikası üzrə qarışıq sinxron proqramda Maqsud Mahsudov – Selcan Mahsudova cütlüyü qızıl, fərdi proqramda Selcan Mahsudova gümüş, sinxron qadınlar proqramında Selcan Mahsudova – Şəfiqə Hümbətova, kişilərdə Maqsud Mahsudov – Hüseyn Abbasov cütlüyü bürünc medal qazanıb.
Tamblinq üzrə isə Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş mükafata sahib çıxıb.

























Bizim.Media

- A-
- A
- A+
İdman
17:33 / 22.02.2026
Gimnastlarımız Bakıdakı Dünya Kubokunu 6 medalla bitirdi - FOTO
Hazırda oxunan: Gimnastlarımız Bakıdakı Dünya Kubokunu 6 medalla bitirdi - FOTO
Hazırda oxunan: Gimnastlarımız Bakıdakı Dünya Kubokunu 6 medalla bitirdi - FOTO
597687
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































