Batut gimnastikası: Maqsud Mahsudov - Hüseyn Abbasov cütlüyü 3-cü yerə çıxdı

Hazırda oxunan: Batut gimnastikası: Maqsud Mahsudov - Hüseyn Abbasov cütlüyü 3-cü yerə çıxdı

597672

Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda Azərbaycan yığması növbəti medalını qazanıb.

Bizim.Media xəbər verir ki, batut gimnastikası üzrə sinxron kişilər proqramında Maqsud Mahsudov - Hüseyn Abbasov cütlüyü üçüncü yerə çıxıb.
 

Aktivinə 51.470 xal yazdıran cütlük bürünc medala layiq görülüb. 54.660 xal toplayan İvan Litvinoviç-Andrey Builoi cütlüyü qızıl, 52.350 xal toplayan ABŞ yığması isə gümüş medal qazanıb.


Qeyd edək ki, daha əvvəl batut gimnastikası üzrə fərdi proqramda çıxış edən gimnastımız Selcan Mahsudova gümüş, tamblinq gimnastikası üzrə isə Mixail Malkin qızıl, Tofiq Əliyev isə gümüş, sinxron qadınlar proqramında Selcan Mahsudova - Şəfiqə Hümbətova cütlüyü isə birinci medal qazanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin