Bu gün Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək

Hazırda oxunan: Bu gün Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək

597630

Bu gün XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək
İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunları bu gün başa çatacaq.

Bizim.Media xəbər verir ki, olimpiadanın bağlanış mərasimi Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Tədbir İtaliyanın simvollarından sayılan Verona Arenasında (Verona Olympic Arena) keçiriləcək.

"Filmmaster" tərəfindən hazırlanan və "Grand Finale" (Möhtəşəm Final) adlandırılan bədii proqram İtaliyanın zəngin mədəniyyətini, incəsənətini və sarsılmaz idman ruhunu dünyaya nümayiş etdirəcək.
 

Mərasimdə idmançıların əzmkarlığı, qazanılan nailiyyətlər xüsusi bədii kompozisiyalarla qeyd olunacaq və ənənəvi Olimpiya bayrağı növbəti ev sahibi şəhərə ötürüləcək.


Mötəbər idman yarışında Azərbaycanı iki idmançı - dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev təmsil edib. Bağlanış mərasimindəki paradda də ölkənin bayrağını məhz onlar daşıyacaqlar.

Fevralın 10-da Vladimir Litvintsev Milan şəhərində yerləşən "Mediolanum Forum" arenasında qısa proqramda yarışıb. Onun çıxışı 63.63 balla qiymətlənidirilib və bu nəticə ilə o ilk 24-lüyə düşə bilmədiyindən fevralın 13-də keçirilən sərbəst proqram yarışlarına vəsiqə qazana bilməyib.

Anastasiya Papatoma isə fevralın 18-də dağ xizəyinin slalom yarışlarında mübarizə aparıb.

Kortina Ampetsodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda 92-ci sırada mübarizəyə başlayan Anastasiya Papatoma ilk enişində 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatıb. İkinci enişinə isə 59-cu sırada başlayan 18 yaşlı xizəkçi 64 iştirakçı arasında 1:07:34 saniyə göstərici ilə finiş xəttinə çatıb. Bununla da idmançımız hər iki cəhdin yekunlarına əsasən 2:09:15 saniyə nəticə ilə XXV Qış Olimpiya Oyunlarındakı çıxışını 51-ci yerdə başa vurub.

Medal sıralamasında Norveç birinci pillədə qərarlaşıb. Skandinaviya ölkəsi indiyədək 40 (18 qızıl, 11 gümüş, 11 bürünc) mükafat qazanıb.

ABŞ (11 qızıl, 12 gümüş, 9 bürünc) ikinci, Niderland (10 qızıl, 7 gümüş, 3 bürünc) üçüncü, İtaliya (10 qızıl, 6 gümüş, 14 bürünc) dördüncüdür.

Xatırladaq ki, XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edir. İdmançılar Oyunlarda 16 idman növü üzrə 116 medal dəsti uğrunda mübarizə aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin