18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün üçüncü oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, B qrupunda yer alan millimiz Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən qrupun son görüşündə komandamız 1:0 hesablı qələbə qazanıb.
U-18-in heyətində qalibiyyət qolunu 42-ci dəqiqədə Əli Bəşirov vurub.
Qeyd edək ki, yığmamız bundan əvvəlki oyunlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:29 / 21.02.2026
Millimiz Belarusa QALİB GƏLDİ
Hazırda oxunan: Millimiz Belarusa QALİB GƏLDİ
Hazırda oxunan: Millimiz Belarusa QALİB GƏLDİ
597575
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































