40 yaşlı futbolçudan YENİ REKORD

Hazırda oxunan: 40 yaşlı futbolçudan YENİ REKORD

597559

"Brayton"un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Bizim.Media xəbər verir ki, 40 yaşlı futbolçu "Brentford"a qarşı keçirilən matçda meydana çıxmaqla elitada 654-cü oyununu keçirib.

Təcrübəli yarımmüdafiəçi bu göstərici ilə Qaret Barrini (653 oyun) geridə qoyaraq Premyer Liqa tarixində ən çox oyun keçirən futbolçu adına sahib çıxıb.

Qeyd edək ki, zəngin karyerası olan Milner indiyə qədər "Lids", "Nyukasl", "Aston Villa", "Mançester Siti", "Liverpul" və "Brayton"un şərəfini qoruyub.

Xatırladaq ki, Ceyms Milner Premyer Liqa səviyyəsində keçirdiyi görüşlərdə ümumilikdə 56 qol vurub və 87 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin