Baş məşqçi azarkeşlərin "istefa" şüarına REAKSİYA VERDİ

Hazırda oxunan: Baş məşqçi azarkeşlərin "istefa" şüarına REAKSİYA VERDİ

597554

"Kristal Pelas"ın baş məşqçisi Oliver Qlasner son vaxtlar komandanın nəticələrinin pisləşməsinə görə onu tənqid edən azarkeşlər barədə danışıb.

Bizim.Media xəbər verir ki, ötən il klubu tarixində ilk dəfə İngiltərə Kuboku və ardınca İngiltərə Superkuboku çempionluğuna daşıyan avstriyalı mütəxəssis Konfrans Liqasında Bosniya və Herseqovinanın "Zrinski" klubu ilə heç-heçədən (1:1) sonra fanatların istefa şüarlarına səssiz qalmayıb:

"İstədiklərini deyə və oxuya bilərlər. Mən nə etdiyimi bilirəm. Deyərdim ki, ən vacib məqam təvazökar qalmaqdır. Bu, azarkeşlərə də aiddir. Təvazökar olun. Kim olduğunuzu heç vaxt unutmayın. Düşünürəm ki, bu vəziyyətdə belə kəskin tənqid edənlər artıq təvazökar davranmırlar".

Təcrübəli məşqçi komanda və futbolçular qarşısında məsuliyyət daşıdığını bildirib:

"Kim olduğunuzu unutduqda, adətən həyat sizi buna görə cəzalandırır. Düzünü desəm, mənim üçün hər şeyi daha tez buraxıb getmək çox asan olardı, çünki çoxlu imkanlarım var idi. Amma mən özümü komanda, xüsusən də futbolçular qarşısında məsuliyyətli hiss edirəm".

Qeyd edək ki, "Kristal Pelas" hazırda Premyer Liqada çətin günlər yaşayır və 26 turdan sonra 32 xalla turnir cədvəlinin aşağı sıralarında qərarlaşıb. Qlasnerin klubla müqaviləsi bu
mövsümün sonunda başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin