AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

Hazırda oxunan: AFFA bölgə klubunun baş məşqçisini CƏZALANDIRDI

597470

Bu gün AFFA İntizam Komitəsinin iclası keirilib.

Bizim.Media xəbər verir ki, iclasda 1-ci liqanın 15-ci turundakı qayda pozuntuları ilə əlaqədar qərarlar qəbul edilib.

“Cəbrayıl” – “Bakı Sportinq” oyununda “Cəbrayıl”dan 5 nəfər sarı vərəqə aldığı üçün klub 210 manat cərimə edilib.

MOİK – “Səbail” matçında meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə aldığı üçün klub 210 manat cərimələnib.

“Şəfa” – “Mingəçevir” görüşünün 82-ci dəqiqəsində “Şəfa”nın 14 nömrəli futbolçusu Vüqar Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq. Onun klubu isə 150 manat cərimə edilib.

Həmin oyunun 45-ci dəqiqəsində “Mingəçevir”in baş məşqçisi Ramiz Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 4 oyun oyunluq cəzalandırılıb. “Mingəçevir” 3000 manat cərimələnib.

Bu matçda “Mingəçevir”in paltardəyişmə otağında stadiona dəymiş zərərin həmin klub tərəfindən qarşılanmasına qərar verilib.

“Şimal” – “Şahdağ Qusar” oyununda “Şimal”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün bölgə təmsilçisi 210 manat cərimə edilib.

Eyni görüşün 66-cı dəqiqəsində “Şahdağ Qusar”ın 10 nömrəli futbolçusu Vüsal Əliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmayacaq. “Şahdağ Qusar” isə 900 manat cərimələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin