Şəhriyar Məmmədyarov şahmat üzrə Azərbaycan çempionatının final mərhələsinə yüksəlib.
Bizim.Media xəbər verir ki, 40 yaşlı qrossmeyster yarımfinalın tay-brekində Aydın Süleymanlıdan üstün olub.
O, çempionluq uğrunda Məhəmməd Muradlı ilə qarşılaşacaq. Üçüncü yer uğrunda görüşdə isə A.Süleymanlı Riad Səmədovla qüvvəsini sınayacaq.
Qadınların mübarizəsində finala vəsiqəni Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva qazanıblar.
Üçüncü yer üçün keçiriləcək qarşılaşmada isə Gülnar Məmmədova Türkan Məmmədyarova ilə üz-üzə gələcək.
Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq.
Bizim.Media




























































































