Basketbol üzrə Azərbaycan Kubokunda son iki yarımfinalçı bu gün məlum olacaq.
Bizim.Media xəbər verir ki, əvvəlcə "Gəncə" və "Neftçi" komandaları parketə çıxıb.
Bu görüşdə bölgə təmsilçisi rəqibini məğlub edib - 95:92. "Abşeron Lions" - "Şəki" qarşılaşması saat 19:00-da start götürüb. Bu matçın qalibi "Gəncə"nin yarımfinaldakı rəqibi olacaq.
Qeyd edək ki, ilk yarımfinal cütü dünən məlum olub: "Sabah" - "Ordu"
Rəşad Rafiqoğlu, Bizim.Media




























































































