Futzal üzrə Azərbaycan Yüksək Liqasının 11-ci turu çərçivəsində bu gün 2 oyun keçirilib.
Bizim.Media xəbər verir ki, günün ilk matçında “Neftçi” autsayder “Lənkəran”la qarşılaşıb.
Oyun “ağ-qaralar”ın 19:0 böyük hesablı qələbəsi ilə başa çatıb. Digər qarşılaşmada "Araz-Naxçıvan" "Baku Fire"ni 8:3 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun növbəti matçı U-19 – "Şuşa" qarşılaşması fevralın 21-də keçiriləcək.
Bizim.Media
































































































