Elvin Cəfərquliyev: “Paltardəyişmə otağında uşaqlarla danışdıq ki...”

Hazırda oxunan: Elvin Cəfərquliyev: “Paltardəyişmə otağında uşaqlarla danışdıq ki...”

597130

“Oyun haqqında çox danışmağa ehtiyac yoxdur. Rəqibin gücü hər kəsə bəlli idi. Bir daha gördük ki, Çempionlar Liqası böyük turnirdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Azərtac.az”a açıqlamasında "Qarabağ" futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a 1:6 hesabı ilə məğlub olduqları ilk oyundan sonra deyib.

O, ilk hissədə çox səhv etdiklərini bildirib:

“Müdafiədə yanlışlıqlarımız oldu. Daha sıx və sadə oynaya bilərdik. Ardıcıl buraxdığımız qollar komandaya təsir etdi. Amma ikinci yarıda özümüzə gəldik. Paltardəyişmə otağında uşaqlarla danışdıq ki, belə oynamaq olmaz”.

Futbolçu sıx qrafikin oyunlara daha yaxşı hazırlaşmalarına təsir göstərdiyini söyləyib: “Çünki çox yüklənirik. İstəməzdik oyunlarımız təxirə salınsın. Tez-tez oyun keçirəndə tempi də qoruya bilirik. Sadəcə, sıx qrafikə də öyrəşmək lazımdır. Məsələn, İngiltərə komandaları 3-4 gündən bir oyun keçirir”.

25 yaşlı futbolçu komandanı sonadək dəstəkləyən azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, “Nyukasl” və “Qarabağ” arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda “Çelsi” və ya “Barselona” kollektivlərindən biri ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin