“Fənərbağça” Asensio ilə bağlı QƏRAR VERDİ

Hazırda oxunan: “Fənərbağça” Asensio ilə bağlı QƏRAR VERDİ

597084

"Fənərbağça" "Vilyarreal"ın transfer siyahısında yer alan Marko Asensio ilə bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, Super Liqa nəhəngi ispaniyalı futbolçunu satmayacaq. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Klub Asensionun müqaviləsini uzatmağı planlaşdırır. 30 yaşlı hücumaameyilli yarımmüdafiəçinin kapitan təyin olunması da gündəmdədir.

Qeyd edək ki, "Fənərbağça" Marko Asensionu mövsümün əvvəlində PSJ-dən 7,5 milyon avroya transfer edib. İspaniya millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin