Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Qurban Qurbanovdan matçdan sonra İLK AÇIQLAMA - VİDEO

597077

“Komandanın gücünü bilirdik. Bu gün bizdə demək olar düşündüyümüz heç nə alınmadı. Hər bir halda Çempionlar Liqasının çəkisi budur. Bu komandaların hamısı bu səviyyədədirlər. Futbolçularımına təşəkkür edirəm, bu günə kimi çox möhkəm dayandılar. Düzdür, ilk hissədə böyük zərbə aldılar. Azarkeşlərə də təşəkkür edirəm ki, sona qədər bizimlə birlikdə oldular, dəstək göstərdilər".

Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında "Nyukasl"la keçirilən oyundan sonra ilk açıqlamasında bildirib.

"Bu vəziyyəti hər oyunda gözləyirdim. Sadəcə, bu gün oldu. Təkcə mənim, bizim üçün yox, futbol camiəsi üçün böyük təcrübə oldu. Avropa futbolu həddindən artıq inkişaf edir. Bu gün də bunun şahidi olduq", - baş məşqçi qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin