Baş məşqçi ağır cəzalandırıldı - 7 matçlıq diskvalifikasiya

Hazırda oxunan: Baş məşqçi ağır cəzalandırıldı - 7 matçlıq diskvalifikasiya

597047

“Sevilya”nın baş məşqçisi Matias Almeyda barədə İspaniya La Liqasının 24-cü turunda “Alaves”lə keçirilən oyundan sonra sərt qərar verilib.

Bizim.Media xəbər verir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşma zamanı qırmızı vərəqə alan mütəxəssis matçın baş hakimi İosu Apesteqiya ilə kəskin mübahisə edib.

Hətta mütəxəssisi meydandan klub rəsmiləri və polis əməkdaşları uzaqlaşdırmalı olublar. Nəticədə baş məşqçi 7 matçlıq diskvalifikasiya edilib. Almeyda bu cəza səbəbindən komandanın La Liqada qalan oyunlarının yarısını buraxmalı olacaq.

Məlumata görə, belə ağır cəza bir neçə qayda pozuntusuna görə tətbiq edilib.
 

Buraya hakimlə mübahisə etmək, ədalət təmsilçilərinə qarşı hörmətsiz yanaşma, intizam qaydalarına zidd davranış və meydandan qovulduqdan sonra paltardəyişmə otağına qayıtmaq daxildir.


Qeyd edək ki, hazırda 26 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşan “Sevilya”nı təhlükəli zonadan cəmi 2 xal ayırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin