Kadiyə 2 oyunluq CƏZA – “Qarabağ” cərimə OLUNDU

Hazırda oxunan: Kadiyə 2 oyunluq CƏZA – “Qarabağ” cərimə OLUNDU

596986

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 20-ci turunda keçirilən “İmişli” – “Qarabağ” oyunu ilə bağlı qərarlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, matçın 83-cü dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə alan “İmişli”nin futbolçusu Dioqo Almeyda 1 oyunluq cəzalanıb, klubu 2500 manat cərimələnib.

Görüşdən əvvəl, fasilədə və matç bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması meydan sahiblərini daha 2500 manat ziyana salıb.
 

72-ci dəqiqədə “Qarabağ”ın futbolçusu Kadi Borqes ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 matçlıq diskvalifikasiya olunub, ağdamlılar 1000 manat cəriməyə məruz qalıb.


Qarşılaşmanın 90+5-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə, klub 6000 manat cərimə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin