Rusiya mətbuatı: “Qarabağ”ın futbolçuları mövsümün ən yaxşı oyununu oynamalıdır”

Hazırda oxunan: Rusiya mətbuatı: “Qarabağ”ın futbolçuları mövsümün ən yaxşı oyununu oynamalıdır”

596975

Rusiya mətbuatı Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarını müzakirə edərkən, “Qarabağ” və "Nyukasl" komandası arasında Bakıda keçiriləcək oyuna da toxunub.

Bizim.Media xəbər verir ki, “Çempionat.com” portalı Ağdam klubu barədə bunları yazıb:

"Qarabağ" öz tarixində (və bütövlükdə Azərbaycan futbolunun tarixində) ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
 

Dərhal da Qurban Qurbanovun komandasının qarşısına püşkatmada “Nyukasl” çıxdı. Azərbaycan klubunu "Sent-Ceyms Park"da çətin sınaq gözləyir. Hələlik ev sahibi komandanın azarkeşləri Eddi Hounun kollektivinə cəhənnəm əzabı verməlidirlər.


Təbii ki, "Qarabağ" oyunçuları mövsümün ən yaxşı oyununu oynamalıdırlar. Yalnız bundan sonra onlar Nyukasl-apon-Tayn səfərindən əvvəl 1/8 finala yüksəlmək şanslarını qoruyub saxlayacaqlar".

Xatırladaq ki, "Qarabağ" - "Nyukasl" matçı Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin