ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi

Hazırda oxunan: ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi

596963

ABŞ səfirliyi azərbaycanlı futbolçu Nəriman Axundzadəni ABŞ-ın Ohayo ştatını təmsil edən “Columbus Crew” klubu ilə müqavilə imzalaması münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, səfirlik futbolçunun “Columbus Crew klubu” ilə imzaladığı müqavilə ilə bağlı sosial şəbəkə hesabında təbrik mesajı yayımlayıb.
 

Bildirilib ki, “Qarabağ”ın heyətində nümayiş etdirdiyi oyunlar rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-ın Major League Soccer (MLS) liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.


“Eyni zamanda, “Qarabağ” klubuna bu axşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar və inamlı qələbə diləyirik!”, - səfirliyin mesajında qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin