Okan Burukdan “Qarabağ”a dəstək: Ürəyimiz sizinlə döyünəcək

Hazırda oxunan: Okan Burukdan “Qarabağ”a dəstək: Ürəyimiz sizinlə döyünəcək

596937

Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk turunda bu gün İngiltərə təmsilçisi “Nyukasl”la qarşılaşacaq “Qarabağ”a dəstək olub.

Bizim.Media xəbər verir ki, mütəxəssis bu barədə İtaliyanın “Yuventus” klubuna 5:2 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında danışıb.

O, Ağdam klubuna uğurlar arzulayıb, türk azarkeşləri Azərbaycan çempionunu dəstəkləməyə çağırıb:

“Həmkarım Qurban Qurbanova çətin matçda uğurlar arzulayıram. Ürəyimiz “Qarabağ”la döyünəcək”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin