"Qarabağ" qeyri-adi, həmçinin güclü komandadır".
Bizim.Media xəbər verir ki, bu sözləri İngiltərənin “Nyukasl” klubunun isveçli futbolçusu Entoni Elanqa UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində sabah Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyundan öncəki mətbuat konfransında deyib.
Gənc oyunçu Ağdam təmsilçisinin potensialına bələd olduğunu və rəqibin güclü ambisiyalarından xəbərdar olduqlarını bildirib:
"Qarabağ" qeyri-adi, həmçinin güclü komandadır. Klubun "24-lük"də olması məni təəccübləndirmədi. Potensiallarını bilirik. Onların "Kopenhagen" və "Çelsi" ilə oyunları mənim diqqətimi cəlb etmişdi. Bilirik ki, asan olmayacaq. Çempionlar Liqasında olan istənilən komandanın zəif olmadığını hesab edirəm".
E.Elanqa komandasının hazırlıq səviyyəsindən və hədəflərindən də söz açıb:
"Bizim də komandamız güclüdür, komanda şəklində oynayırıq. Gələcəyə pozitiv baxırıq və sabahkı oyuna fokuslanmışıq. Qarşılaşmaya ciddi hazırlaşmışıq. Çalışacağıq ki, bu səddi aşaq və bacardığımız qədər irəli gedək".
Bizim.Media

- A-
- A
- A+
İdman
07:29 / 18.02.2026
"Qarabağ" qeyri-adi komandadır" - "Nyukasl"ın futbolçusu
Hazırda oxunan: "Qarabağ" qeyri-adi komandadır" - "Nyukasl"ın futbolçusu
Hazırda oxunan: "Qarabağ" qeyri-adi komandadır" - "Nyukasl"ın futbolçusu
596877
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































