PSJ-nin futbolçusu Usman Dembele karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Arsenal" fransalı hücumçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
London klubu Dembeleni yayda heyətinə qatmaq variantını nəzərdən keçirir. Artıq klubun daxilində 28 yaşlı forvardın mümkün transferi ilə bağlı müzakirələr başlayıb.
Qeyd edək ki, PSJ Usman Dembeleni 2023-cü ilin yayında "Barselona"dan 50 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
23:40 / 17.02.2026
PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR
Hazırda oxunan: PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR
Hazırda oxunan: PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR
596868
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































