“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

Hazırda oxunan: “Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

596859

"Sumqayıt" legionerini komandada saxlamağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, "kimyaçılar" Ronaldo Vaskezin müqavilə müddətinin artırılmasını planlaşdırır.
 

Bunun üçün 26 yaşlı futbolçu ilə danışıqlara aparılacaq. Onun yeni mövsümə də "Sumqayıt"da başlaması gözlənilir.


2025-ci il yanvarın 30-da "Sumqayıt"a keçmiş Ronaldonun müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

O, Azərbaycana gələnə qədər “Atletiko Pantoxa”(Dominikan Respublikası) və “Quabira”(Boliviya) klublarında oynayıb.

Ronaldo Dominikan Respublikası millisinin üzvüdür.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin