Qarabağ"ın futbolçusu: Bizi sabah tarixi və vacib oyun gözləyir

Hazırda oxunan: Qarabağ"ın futbolçusu: Bizi sabah tarixi və vacib oyun gözləyir

596824

Bizi sabah tarixi və vacib oyun gözləyir.

Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Kamilo Duran UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin “Nyukasl” klubuna qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibin çətin komanda olduğunu bildirib: "Amma biz əlimizdən gələni edib, uğurlu nəticə qazanmaq istəyirik. İngiltərə təmsilçiləri sürətli və fiziki cəhətdən güclüdürlər. Bunu "Çelsi" və "Liverpul"la matçlarda da gördük. Xoşbəxtəm ki, Çempion Liqasında oynayıram. Karyeramın ən gözəl dövrünü keçirirəm".

24 yaşlı hücumçu gələcəkdə Kolumbiya millisində oynamaq istədiyini vurğulayıb: "Belə davam etsəm, yığmaya cəlb oluna bilərəm. Lakin millidən mənə təklif gəlməyib".

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin