"Kəpəz"in bıçaqlanan futbolçusu evə BURAXILDI – Bu tarixdə MƏŞQLƏRƏ QAYIDACAQ

Hazırda oxunan: "Kəpəz"in bıçaqlanan futbolçusu evə BURAXILDI – Bu tarixdə MƏŞQLƏRƏ QAYIDACAQ

596784

"Kəpəz"in bıçaqlanan futbolçusu Veysəl Rzayev xəstəxanadan evə buraxılıb.

Bu barədə Bizim.Media-ya açıqlamasında klubun Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov məlumat verib.

Onun sözlərinə görə, futbolçu yaxın zamanda məşqlərə qoşulacaq:

“Veysəl artıq Bakıdadır və burda davamlı olaraq müayinələrə gedir. Belə davam etsə, 10 günə, maksimum 2 həftəyə məşqlərə başlaya bilər. Təbii ki, məşqlərə başlayan kimi oyuna çıxmayacaq. Amma ən azından məşqlərə başlaya biləcək”.

Xatırladaq ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev 3 fevral tarixində qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə Gəncə Şəhər Xəstəxanasına yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V.Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin