“Nyukasl”ın sabiq futbolçusu Əmrə Bələzoğlu: Sabah ürəyim “Qarabağ”la döyünəcək

Hazırda oxunan: “Nyukasl”ın sabiq futbolçusu Əmrə Bələzoğlu: Sabah ürəyim “Qarabağ”la döyünəcək

596748

“Nyukasl”a qarşı onun stadionunda oynamaq çox çətindir. Amma doğma meydanda bu komanda ilə mübarizə aparmaq olar.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə millisinin sabiq futbolçusu Əmrə Bələzoğlu UEFA Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ” və “Nyukasl” komandaları arasında keçiriləcək oyun barədə danışarkən deyib.

Vaxtilə İngiltərə klubunun da formasını geyinmiş veteran yarımmüdafiəçi sabahkı matçda “Qarabağ”a azarkeşlik edəcəyini bildirib: “Bütün dualarım Azərbaycan təmsilçisi ilə olacaq.

Komandanın yaxşı baş məşqçisi və futbolçuları var. İnanıram ki, matça yaxşı hazırlaşacaqlar.

“Qarabağ”a ancaq uğurlar arzulaya bilərəm. “Nyukasl” keyfiyyətli heyətə malikdir. Amma “Qarabağ”ın da sürpriz etmək potensialı var. Sabah ürəyim “Qarabağ”la döyünəcək. Bütün Azərbaycan xalqına salamlarımı çatdırıram”.

Fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq

Xatırladaq ki, Türkiyə futbolunun əfsanələrindən sayılan Əmrə Bələzoğlu 2005-2008-ci illərdə “Nyukasl”ın formasını geyinib. O, ölkəsində “Qalatasaray”, “Fənərbağça”, İtaliyada “İnter” və İspaniyada “Atletiko Madrid” kimi tanınmış komandalarda da çıxış edib. Hazırda isə Türkiyə Superliqasında mübarizə aparan “Kasımpaşa”nın baş məşqçisidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin