Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

Hazırda oxunan: Premyer Liqanın ƏN YAXŞI qapıçısı bilindi

596652

İngiltərənin "Aston Villa" klubunun qapıçısı Emiliano Martinez cari mövsüm Premyer Liqanın ən etibarlı əlcək sahibi seçilib.

Bizim.Media xəbər verir ki, argentinalı dünya çempionu qurtarış faizinə görə liqada birinci pillədə qərarlaşıb.

Onun göstəricisi 77 faizdir və bu da çempionat üzrə ən yüksək nəticə hesab olunur.
 

Statistikaya əsasən, Martinez bu mövsüm bütün turnirlərdə 28 dəfə meydana çıxıb. O, Premyer Liqada matça çıxdığı 22 oyunda qapısında cəmi 19 qol görüb.


Qeyd edək ki, "Aston Villa" hazırda 50 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşaraq liderlər qrupunda yerini möhkəmlədib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin