"Arsenal" klubunun baş məşqçisi Mikel Arteta sosial şəbəkələrdə yayılan görüntülərlə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, hadisə İngiltərə Kuboku çərçivəsində baş tutan "Arsenal" - "Uiqan" (4:0) matçından sonra yaşanıb.
Stadion ətrafında tıxacda qalan ispaniyalı mütəxəssisin avtomobilinə bir azarkeş yaxınlaşıb. Əlindəki formanı göstərən fanat oğlu üçün avtoqraf istəyib. Lakin Arteta pəncərəni açmaqdan imtina edib. Əvvəlcə başı ilə işarə edən məşqçi, daha sonra azarkeşi görməzdən gəlib və nəticədə fanat oradan əliboş ayrılıb.
Görüntülər sosial mediada birmənalı qarşılanmayıb. Bir çoxları Artetanı təkəbbürlü davranışına görə sərt tənqid etsə də, bəzi istifadəçilər hadisənin yolun ortasında baş verdiyini əsas gətirərək təhlükəsizlik baxımdan məşqçiyə haqq qazandırıblar.
Bizim.Media





























































































