“Heç-heçə ədalətli nəticədir“ - Kurban Berdıyev

Hazırda oxunan: “Heç-heçə ədalətli nəticədir“ - Kurban Berdıyev

596607

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 20-ci turunda səfərdə "Şamaxı" ilə 0:0 hesablı heç-heçə etdikləri oyun haqda danışıb.

Bizim.Media xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında əvvəlcə oyun haqda ümumi fikirlərini bölüşüb:

“Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticədir. Hər iki komanda qol epizodları yarada bilmirdi. Təəssüflər olsun ki, əvəzetmələr də uğurlu alınmadı”.

O, qol epizodlarının olmamasının səbəbini belə açıqlayıb:

“Şamaxı"nın müdafiəsi yaxşı oynadı. İstənilən halda daha çox qol epizodu yaratmalı idik. Məşqlərdə çalışdıqlarımızı edə bilmədik. Təhlillər aparacağıq”.

K.Berdıyev yeni transferləri Mark Rene Mampassinin oynamağa hazır olub-olmadığını da açıqlayıb:

“Uzun müddətdir ki, məşq etməyib. Ümid edirik ki, bizə fayda verəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin