XXV Qış Olimpiya Oyunları: Norveç medal sıralamasında liderdir - FOTO

Hazırda oxunan: XXV Qış Olimpiya Oyunları: Norveç medal sıralamasında liderdir - FOTO

596330

İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarının medal sıralamasında Norveç birinci pillədə qərarlaşıb.

Bizim.Media xəbər verir ki, sözügedən ölkə indiyədək olimpiadada 20 (10 qızıl, 3 gümüş, 7 bürünc) mükafat qazanıb.

İtaliya (6 qızıl, 3 gümüş, 9 bürünc) ikinci, ABŞ (5 qızıl, 8 gümüş, 4 bürünc) üçüncü sıradadır.
 

Bu gün həmçinin bir neçə növdə yarışlar baş tutacaq. Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma fevralın 18-də slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda keçiriləcək.


Daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63,63 xalla 29 idmançının mübarizəsində sonuncu yeri tutub və mübarizəni dayandırıb.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin