Misli Premyer Liqasında XX turun daha iki oyunu bu gün keçiriləcək.
Bizim.Media xəbər verir ki,, günün ilk matçında "Neftçi" "Kəpəz"lə üz-üzə gələcək.
Yevlax şəhər stadionundakı qarşılaşma saat 14:30-da start götürəcək. "Ağ-qaralar" 27 xalla 7-ci, Gəncə klubu 13 xalla 11-ci pillədə qərarlaşıb.
Saat 17:00-da isə "Araz-Naxçıvan" - "Sumqayıt" oyunu baş tutacaq. "Gənclik şəhəri" təmsilçisi 30 xalla 5-ci, Naxçıvan komandası 27 xalla 6-cı yerdədir.
Qeyd edək ki, tura fevralın 16-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı (hər ikisi 1:0) məğlub edib.
Bizim.Media































































































