Türkiyə Superliqasında çıxış edən "Genclerbirliyi" klubu baş məşqçisi ilə yollarını ayırıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, Ankara təmsilçisi təcrübəli mütəxəssis Metin Diyadinlə əməkdaşlığa son qoyub.
Məlumata görə, qərar Superliqanın 22-ci turunda "Rizespor"la oyundan sonra verilib. Həmin görüşdə paytaxt klubu 2:0 hesabı ilə öndə olsa da, üstünlüyünü qoruya bilməyərək meydandan 2:2 hesablı heç-heçə ilə ayrılıb.
Xatırladaq ki, 57 yaşlı çalışdırıcı 2025-ci ilin dekabrında Volkan Demireli əvzələyib. O, bu qısa müddət ərzində çıxdığı oyunlarda 2 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət əldə edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:34 / 14.02.2026
Superliqa klubu baş məşqçisi ilə SAĞOLLAŞDI
Hazırda oxunan: Superliqa klubu baş məşqçisi ilə SAĞOLLAŞDI
Hazırda oxunan: Superliqa klubu baş məşqçisi ilə SAĞOLLAŞDI
596296
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































