Azərbaycan çempionatının son 1/4 finalçıları AÇIQLANDI

Hazırda oxunan: Azərbaycan çempionatının son 1/4 finalçıları AÇIQLANDI

596149

Şahmat üzrə Azərbaycan çempionatında son 1/4 finalçılar müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu gün baş tutan tay-brekdə Nicat Abasov gənc istedad Xaqan Əhmədə qalib gələrək adını növbəti mərhələyə yazdırıb.

Son çempion Rauf Məmmədov Şiroğlan Talıbovu üstələyərək mübarizəni davam etdirmək imkanı qazanıb.

Qadın şahmatçıların yarışında gözlənilməz nəticə qeyd alınıb. Milli komandanın üzvü, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva çempionatda çıxışını dayandırıb. G.Beydullayeva Nərmin Abdinovaya uduzaraq turniri tərk edib.

Fevralın 14-də Azərbaycan çempionatında 1/4 final mərhələsinə start veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin