"Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

Hazırda oxunan: "Barselona" Avropa Klublar Assosiasiyasına QAYITDI

596141

"Barselona"nın Avropa Futbol Klubları Assosiasiyasının (EFC) tamhüquqlu üzvlüyü bərpa edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bu qərar "Barselona"nın Super Liqa ilə əlaqəsini dayandırması və yenidən qoşulmaq üçün müraciət etməsindən sonra verilib. AFA-nın direktorlar şurası təşkilatın nizamnaməsinə uyğun olaraq klubun geri qayıtmasını yekdilliklə təsdiqləyib.

AFA prezidenti Nasser Əl-Xelayfi idarə heyətinin iclasında "Barselona"nın təklifini şəxsən təqdim edib. Bəyanatda həmçinin razılığa gəlməkdə əsas amilin təşkilatla münasibətlərin bərpasında açıq
istək və proaktiv mövqe nümayiş etdirən Joan Laporta olduğu vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin