“Sabah” iki futbolçusu ilə yollarını AYIRDI

Hazırda oxunan: “Sabah” iki futbolçusu ilə yollarını AYIRDI

596076

Misli Premyer Liqasının lideri “Sabah” iki futbolçusu ilə müqaviləsini pozub.

Bizim.Media xəbər verir ki, Masazır təmsilçisi qapıçı Rüstəm Samiqullin və yarımmüdafiəçi Camal Cəfərovla sözləşməyə xitam verilib.
 

Hər iki futbolçunun müqaviləsinin sonuna 6 ay qalmışdı. Qarşılıqlı razılıq əsasında onlarla yollar ayrılıb və yeni klub tapmalarına şərait yaradılıb. Müqavilələr indi deyil, 3 gün öncə – “transfer pəncərəsi” bağlanmamış pozulub. Bu gün isə onların getdiyi rəsmi şəkildə açıqlanacaq.
C.Cəfərov “Sabah” akademiyasında yetişib.


O, 2021-ci ildən klubdadır. Əvvəllər “Kəpəz”ə icarəyə verilmiş yarımmüdafiəçi tezliklə yenidən Gəncə klubunda peyda olacaq.

R.Samiqull isə 2020-ci ildə “Səbail”dən “Sabah”a keçib. Əsas heytədə yer qazana bilməyən qapıçı ötən mövsümü icarə əsasında “Neftçi”nin düşərgəsində keçirmişdi. İndi isə o, Birinci Liqa təmsilçisi “Cəbrayıl”ın formasını geyəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin