Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Hazırda oxunan: Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

595966

Komanda sprintində 2018-ci il Olimpiya çempionu, ikiqat dünya çempionu və Dünya Kubokunun qalibi, amerikalı xizəkçi Cessika Diggins qabırğası sınmış halda İtaliyada keçirilən Olimpiya Oyunlarında mübarizəsini davam etdirir.

Bizim.Media xəbər verir ki, bu gün, 12 fevralda, Diggins 10 km məsafəyə fərdi yarıda iştirak edib və qəhrəmancasına bürünc medal qazanıb.

Yarışdan sonra amerikalı qarın üstünə yıxılıb və uzun müddət finiş zonasında uzanaraq qabırğasını tutub və ağrıdan inildəyib. Komanda yoldaşı ona xizəklərini çıxarmağa kömək edib.

Xatırladaq ki, Diggins Olimpiadanın ilk yarışı olan skiatlonda yıxılaraq qabırğasını sındırıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin