Son beş ildə milli komandaların heyətində ən çox qol vuran futbolçular açıqlanıb.
Bizim.Media xəbər verir ki, siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərtib edib.
Norveç millisinin hücumçusu Erlinq Holann birinci pillədə qərarlaşıb. 25 yaşlı forvard beş il ərzində yığmada 49 qola imza atıb. O, 2021-ci ildə 6, 2022-ci ildə 9, 2023-cü ildə 6, 2024-cü ildə 11, 2025-ci ildə isə 17 dəfə rəqib qapılarına yol tapıb.
İngiltərə millisindən Harri Keyn ikinci sıradadır. 32 yaşlı oyunçu son beş ildə yığma forması ilə 46 dəfə fərqlənib. İlk “3-lüy”ü Lionel Messi qapayır – 44 qol. Portuqaliyalı Kriştianu Ronaldu dördüncü ola bilib – 41 qol.
Bizim.Media

- A-
- A
- A+
İdman
17:39 / 12.02.2026
Son 5 ildə milli komandalarda ən çox qol vuran futbolçular – İLK ÜÇLÜK
Hazırda oxunan: Son 5 ildə milli komandalarda ən çox qol vuran futbolçular – İLK ÜÇLÜK
Hazırda oxunan: Son 5 ildə milli komandalarda ən çox qol vuran futbolçular – İLK ÜÇLÜK
595915
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































