Yankoviç və Bikalyoya görə “Qarabağ”a rəsmi təklif gəlib? – Klubdan AÇIQLAMA

Hazırda oxunan: Yankoviç və Bikalyoya görə “Qarabağ”a rəsmi təklif gəlib? – Klubdan AÇIQLAMA

595877

Son vaxtlar “Qarabağ”ın bir sıra futbolçularına xarici klubların maraq göstərməsi ilə bağlı geniş xəbərlər yayılır. Klubun gənc üzvü Nəriman Axundzadənin ABŞ klubuna transfer olunmasından sonra bu məsələ xeyli aktuallaşıb.

Klubdan getməsi ehtimal olunan futbolçular arasında Marko Yankoviç və Pedro Bikalyonun da adı çəkilir.

Xüsusilə Yankoviçə Avropa klublarının, Bikalyoya isə Braziliya təmsilçilərinin maraq göstərməsi məlumdur.

Bəs görəsən bu futbolçulara görə Ağdam klubuna rəsmi təklif gəlibmi?

Məsələ ilə əlaqədar “Qarabağ”ın Media və Marketinq departamentinin rəhbəri Anar Hacıyev
Bizim.Media-ya açıqlamasında adları çəkilən futbolçularla bağlı heç bir təklif almadıqlarını bildirib:

“Yankoviç və Bikalyo komandamızın əsas və müqaviləli futbolçularıdır. Onlara başqa klubların maraq göstərməsi təbii haldır. Ancaq bizə konkret olaraq heç bir klubdan təklif gəlməyib. Hazırda Yankoviçlə, Bikalyo da komandanın digər üzvləri kimi qarşıdakı oyunlara, əsas da Çempionlar Liqasında keçiriləcək “Nyukasl”la qarşılaşmaya kökləniblər”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin