Millətlər Liqası: Bu gün millimizin rəqibləri bəlli olacaq

Hazırda oxunan: Millətlər Liqası: Bu gün millimizin rəqibləri bəlli olacaq

595851

Bu gün Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olacaq.

Bizim.Media xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Yığmamız püşkatmaya D Liqasının 1-ci səbətində qoşulacaq. Burada 3 komandadan ibarət 2 qrup formalaşacaq. Bu qruplarda komandalar bir-birinə qarşı ev və səfər prinsipi olmaqla 4 matça çıxacaqlar. D Liqasında iştirak edəcək iki yığma martda baş tutacaq pley-off oyunlarından sonra dəqiqləşəcək.

UEFA Millətlər Liqası

2026/2027 mövsümü

A Liqası

1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya

2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya

3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç

4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə

B Liqası

1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail

2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna

3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya

4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo

C Liqası

1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan

2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan

3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya

4-cü səbət: Latviya – Cəbəllütariq cütünün qalibi, Lüksemburq – Malta cütünün qalibi, Moldova,

San Marino

D Liqası

1-ci səbət: Azərbaycan, Litva, Latviya – Cəbəllütariq cütünün məğlubu, Lüksemburq – Malta
cütünün məğlubu

2-ci səbət: Lixtenşteyn, Andorra

Pley-offda məğlub tərəf reytinqdə 49-52-ci yerlərdən birini tutsa, birinci səbətdə qalacaq. 53 və
ya 54-cü yerdə qərarlaşsa, ikinci səbətə düşəcək. Bu cütlər püşkdə həmin yerlərin sahibləri kimi təmsil olunacaqlar.

Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə sentybarın 24-də start veriləcək. Qrupun son matçları noyabrda baş tutacaqsa, turnirin final mərhələsi 2027-ci ilin iyununda gerçəkləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin