Nəriman Axundzadə yeni klubunda nə vaxt DEBÜT EDƏCƏK?

Hazırda oxunan: Nəriman Axundzadə yeni klubunda nə vaxt DEBÜT EDƏCƏK?

595826

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin MLS-də debütü gecikə bilər.

Bizim.Media ABŞ mətbuatına istinadən xəbər verir ki, “Kolumbus Kru”nun “Qarabağ”dan transfer etdiyi 21 yaşlı futbolçu dərhal əsas komandada yer almayacaq.

Çünki məşqçilər korpusu Nərimanı ilk vaxtlar əvəzedici komandada oynatmağı planlaşdırır.

“MLS Next Pro” liqasında mövsüm fevralın sonu start götürəcək və “Kolumbus Kryu II” ilk oyununu martın 2-də səfərdə “Nyu York Red Bulls”a qarşı keçirəcək.

Axundzadənin bir müddət ikinci komandada oynadıqdan sonra əsas heyətə cəlb olunması və MLS-də meydana çıxması nəzərdə tutulur.

Qeyd edək ki, futbolçu ABŞ klubu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin