Avropanın "Top-5" liqalarında çıxış edən klublardan yalnız ikisi bu mövsüm "gəncləşdirmə siyasəti" ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, "Opta Sports"un məlumatına görə, İngiltərənin "Çelsi" və Almaniyanın "Ştutqart" klubları cari çempionatda 30 yaşdan yuxarı heç bir futbolçunu meydana buraxmayıblar.
Digər bütün komandalar isə mövsüm ərzində ən azı bir dəfə də olsa, bu kateqoriyaya daxil olan oyunçuların xidmətindən yararlanıblar.
Qeyd edək ki, "Çelsi" hazırda Premyer Liqada 44 xalla 5-ci pillədə qərarlaşıb. Bundesliqada mübarizə aparan "Ştutqart" isə 39 xalla 5-ci sıradadır.
Bizim.Media

- A-
- A
- A+
İdman
03:42 / 12.02.2026
Bu klublar 30 yaşdan yuxarı futbolçulara ŞANS VERMƏYİB
Hazırda oxunan: Bu klublar 30 yaşdan yuxarı futbolçulara ŞANS VERMƏYİB
Hazırda oxunan: Bu klublar 30 yaşdan yuxarı futbolçulara ŞANS VERMƏYİB
595775
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































