"Real" klubu ilə UEFA arasındakı gərginlik sona çatıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər Avropa Superliqası məsələsində ortaq məxrəcə gəliblər.
Uzun müddətdir Superliqa layihəsinin əsas təşəbbüskarı olan "kral klubu" yaydığı rəsmi bəyanatda UEFA və Avropa Futbol Klubları Assosiasiyası (EFC) ilə razılıq əldə etdiyini açıqlayıb:
"Aylarla davam edən müzakirələrdən sonra Avropa futbolunun rifahı naminə tarixi razılaşma əldə olunub. Yeni əməkdaşlıq idman prinsiplərinə hörmət etməklə yanaşı, klubların uzunmüddətli maliyyə dayanıqlığını və azarkeş məmnuniyyətini artırmağı hədəfləyir".
Bildirilir ki, bu addımdan sonra Superliqa ilə bağlı tərəflər arasındakı bütün hüquqi mübahisələrə və məhkəmə çəkişmələrinə son qoyulacaq.
Bizim.Media

































































































