ABŞ-ın “Kolambus Kru” klubuna transfer olunan Nəriman Axundzadə “Qarabağ”la vidalaşıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının üzvü sosial şəbəkə hesabında paylaşım edib.
21 yaşlı forvard şəkillər paylaşıb və “çox sağ ol, böyük “Qarabağ” ailəsi” başlığını yazıb.
Qeyd edək ki, Nəriman Axundzadə MLS təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb. O, ilk mövsümdə 1 milyon dollar qazanacaq və sonrakı illərdə məbləğ artan xətt üzrə davam edəcək.
Müqayisə üçün bildirək ki, Nəriman “Qarabağ”da aylıq 12 min manat (illik 144 min manat) maaş alırdı.

Bizim.Media

































































































