“Qarabağ”dan ABŞ klubuna transfer olunan Nəriman Axundzadənin illik qazanacağı məbləğ məlum olub.
Bizim.Media xəbər verir ki, müqaviləyə əsasən Nəriman Axundzadə MLS klubu “Kolambus Kru”da ilk mövsümdə 1 milyon dollar qazanacaq və sonrakı illərdə məbləğ artan xətt üzrə davam edəcək.
Ohayo təmsilçisi ilə 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.
Müqayisə üçün bildirək ki, o, “Qarabağ”da aylıq 12 min manat (illik 144 min manat) maaş alırdı. Hücumçu cari mövsümdə Premyer Liqada 13 oyunda 3 qola imza atmışdı.
“Qarabağ” Nəriman Axundzadənin satışından 2.5 milyon avro qazandı və Azərbaycan futbolu tarixində ən bahalı azərbaycanlı futbolçu transferi oldu.
Bizim.Media


































































































