İngiltərə Premyer Liqasında 26-cı tura start verilib.
Bizim.Media xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Nyukasl" "Tottenhem"in qonağı olub.
Londonda keçirilmiş görüşdə "Nyukasl" rəqibini məğlub edə bilib. "Nyukasl" 36 xalla 10-cu pillədədir. "Tottenhem" isə 29 xalla 16-cı pillədə qərarlaşıb.
"Tottenhem" - "Nyukasl" 1:2
Qollar: Qrey 64 - Tiav 45+5, Remsi 68.
Bizim.Media

































































































