Qış Olimpiya Oyunlarında bu gün keçiriləcək yarışlar – SİYAHI

Hazırda oxunan: Qış Olimpiya Oyunlarında bu gün keçiriləcək yarışlar – SİYAHI

595623

İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün növbəti yarışlar keçiriləcək.

Bizim.Media xəbər verir ki, dağ xizəyi, biatlon, körlinq, fiqurlu konkisürmə, sərbəst üslubda xizəksürmə, hokkey, kirşə, xizək ikinövçülüyü, skeleton, snoubord və sürətli konkisürmə üzrə mübarizə baş tutacaq.
 

Azərbaycan təmsilçisi Anastasiya Papatoma fevlanın 15-də nəhəng slalom, 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda keçiriləcək.


Qeyd edək ki, Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63,63 xalla 29 idmançının mübarizəsində sonuncu yeri tutub və mübarizəni dayandırıb.

XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin