“Everton”da CİDDİ İTKİ

Hazırda oxunan: “Everton”da CİDDİ İTKİ

595581

“Everton” ciddi itki ilə üzləşiib. 

Bizim.Media xəbər verir ki, ayaq sümüyündə sınıq olan Cek Qriliş əməliyyat olunub. İngiltərəli vinger bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

İngiltərə millisinin üzvü mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək. 30 yaşlı futbolçu yayda məşqlərə başlaya biləcək.

“Everton” Cek Qrilişi mövsümün əvvəlində “Mançester Siti”ddən icarəyə götürüb. Təcrübəli oyunçu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin