Kapitan “Real”dan GEDİR

Hazırda oxunan: Kapitan “Real”dan GEDİR

595560

"Real" mövsümün sonunda müqaviləsi başa çatan Dani Karvaxalla bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, La Liqa nəhəngi ispaniyalı futbolçuya yeni sözləşmə təklif etməyəcək. Bu barədə "Marca" nəşri məlumat yayıb.

34 yaşlı sağ cinah müdafiəçisi yayda azad agent statusu ilə "kral klubu"nu tərk edəcək. Türkiyə, Səudiyyə Ərəbistanı və MLS klubları təcrübəli oyunçuya maraq göstərir.

Qeyd edək ki, Dani Karvaxal "Real"ın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 10 rəsmi matçda meydana çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin