“Kəpəz” legionerindən FİFA-ya ŞİKAYƏT ETDİ

Hazırda oxunan: “Kəpəz” legionerindən FİFA-ya ŞİKAYƏT ETDİ

595501

“Kəpəz” klubu legionerlərindən birinə görə FİFA-ya müraciət edib.

Bizim.Media xəbər verir ki, söhbət komandanın müdafiəçisi Ceffersondan gedir.

Qış fasiləsindən sonra Azərbaycana qayıtmayan braziliyalı futbolçu hələ də komandanın məşqlərinə qoşulmayıb. Futbolçuya necə dəfə xəbərdarlıq olunsa o, buna məhəl qoymayıb.

Məhz bundan sonra Gəncə klubunun rəhbərliyi beynəlxalq futbol qurumuna müraciət edib.

Hazırda rəhbərlik FİFA məsələ ilə bağlı verəcəyi qərarı gözləyir.

Qeyd edək ki, Cefferson Furtadonun “Kəpəz”lə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin