İngiltərənin "Tottenhem" klubunun heyətində ciddi itki baş verib.
Bizim.Media xəbər verir ki, müdafiəçi Destini Udoji sıradan çıxıb. İtaliyalı futbolçu Premyer Liqanın 25-ci turunun "Mançester Yunayted"lə matçında (0:2) bud əzələsindən zədə alıb.
Baş məşqçi Tomas Frank Udojinin vəziyyəti ilə bağlı məlumat verib. Mütəxəssis 23 yaşlı sol cinah müdafiəçisinin təxminən 4-5 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.
Qeyd edək ki, "Tottenhem" Destini Udojini 2022-ci ilin yayında "Udineze"dən 18 milyon avroya transfer edib.
İtaliya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media



































































































