Ronaldo boykotu DAYANDIRDI

Hazırda oxunan: Ronaldo boykotu DAYANDIRDI

595361

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo “Əl-Nəsr” matçlarını boykot etməyə son qoymaq qərarına gəlib.

Bizim.Media xəbər verir ki, 41 yaşlı ulduz futbolçunun 14 fevral tarixində “Əl-Fəth”ə qarşı keçiriləcək oyunda yenidən meydana çıxacağı gözlənilir.
 

Məlumata görə, Ronaldo Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF) ilə yaşadığı narazılıqlar səbəbindən iki oyunu buraxmışdı. Lakin onun əsas tələblərinin – gecikmiş maaşların ödənilməsi və klubda idarəetmə müstəqilliyinin bərpası – yerinə yetirilməsindən sonra futbolçu yenidən oynamağa razılıq verib.


Ronaldo¬nun komandaya qayıdışı “Əl-Nəsr” üçün mövsümün kritik mərhələsində mühüm impuls hesab olunur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin