Milano-2026 Qış Olimpiadasında ilk medal günlərindən sonra bəzi idmançıların mükafatları zədələnib.
Bizim.Media xəbər verir ki, isveçli xizəkçi Ebba Anderssonun gümüş medalı yarışdan sonra yerə düşərək parçalanıb, ABŞ fiquristi Alisa Lyunun qızıl medalının lent hissəsi qopub, alman biatlonçu Yustus Ştrelovun bürüncü bayram zamanı zədələnib, amerikalı Brizi Consonun qızıl medalında isə bərkidici detal sıradan çıxıb.
Andersson hadisəni belə təsvir edib: "Fridanın arxasınca qaçırdım və bu tələskənlikdə medalım qara düşüb üç hissəyə parçalandı. İndi ümid edirəm ki, təşkilatçıların belə hallar üçün ehtiyat planı var".
Conson isə bildirib: “Medal həqiqətən ağırdır. Gözlədiyimdən də ağır. Ola bilsin, buna görə qırıldı. Çox ciddi zədələnməyib, amma müəyyən problem var”.
Olimpiadanın əməliyyat direktoru Andrea Françizi məsələ ilə bağlı deyib: “Biz vəziyyətdən xəbərdarıq və səbəbini anlamağa çalışırıq. Medal təqdim ediləndə hər şey mükəmməl olmalıdır. Bu, idmançı üçün ən yadda qalan andır”.
Hazırda təşkilat komitəsi problemlərin səbəbini araşdırır.

Bizim.Media































































































